Türk zabitləri Norveçdən sığınacaq istəyiblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Türk zabitləri Norveçdən sığınacaq istəyiblər

Türk zabitləri Norveçdən sığınacaq istəyiblər

NATO-nun türk zabitlərindən və diplomatlarından ibarət qrupu Norveç hakimiyyətinə siyasi sığınacaq üçün müraciət ediblər.

TASS xəbər verir ki, bu barədə “Verdens Gang” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu insanlar keçən payıza qədər Norveçdə xidmətdə idilər, amma daha sonra Türkiyə hakimiyyəti onlardan ötən ilin iyulunda ölkədə baş verən hərbi çevriliş cəhdinə görə dindirilmə üçün geri - vətənə qayıtmağı xahiş edib. Heç kim geri qayıtmaq istəməyib. İndi bütün zabit və diplomatlar Norveçin müxtəlif hissələrində gizli ünvanlarda yaşayırlar. Onlar “Verdens Gang”a Norveçin Miqrasiya xidmətinə və polisin xaricilərlə iş üzrə şöbəsinə müraciət etdiklərini və sığınacaq istədiklərini təsdiq ediblər, amma çevriliş cəhdi ilə əlaqəni təkzib edirlər.

Ölkənin Ədliyyə Nazirliyindən bu hadisəni şərh etməyiblər.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *