Bağla

AzNews.info



Bölmə: Siyasət, Hadisə

Türkiyə parlamentində kütləvi dava

Türkiyə parlamentində kütləvi dava

Türkiyə parlamentində dava olub.
APA-nın məlumatına görə, insident Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verib.

3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *