Qroznıda minlərlə insan əl-Bağdadinin portretlərini yandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Hadisə

Qroznıda minlərlə insan əl-Bağdadinin portretlərini yandırdı

Qroznıda minlərlə insan əl-Bağdadinin portretlərini yandırdı

Çeçenistanın paytaxtı Qroznının mərkəzi meydanında terror qruplaşması İŞİD əleyhinə çoxminli etiraz aksiyası keçirilib.

Virtualaz.org bildirir ki, bu barədə TASS şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Çoxminli mitinq uşaqları terror qruplaşmasına cəlb olunan valideynlərin təşəbbüsü ilə "Çeçenistanın Ürəyi" məscidinin qarşısındakı meydanda keçirilib.

Çeçenistan Respublikası ictimaiyyətinin nümayəndələri öz çıxışlarında terror təşkilatının və onun başçısı Əbu Bəkir əl-Bağdadinin hərəkətlərlərindən hiddətləndiklərini bildiriblər. Toplaşanlar respublika gənclərini ekstremistlərin təbliğatına uymamağa və daha çox öz doğma və yaxınlarına qulaq asmağa çağırıblar", - deyə mətbuat xidmətindən bildiriblər.

Aksiya bir neçə saat davam edib və zülmkarların rəmzlərinin və əl-Bağdadinin portretlərinin yandırılması ilə başa çatıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *