Çiller çılpaq şəkillərlə şantaj olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Çiller çılpaq şəkillərlə şantaj olunub

Çiller çılpaq şəkillərlə şantaj olunub


Türkiyə Cümhuriyyətinin 50, 51 və 52-ci hökumətlərinin baş naziri Tansu Çilleri çılpaq foto şəkilləri ilə şantaj edərək ona təzyiq göstəriblər. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə bu, 1997-ci ildə 28 fevral (28 şubat) post-modern hərbi dövlət çevrilişi ərəfəsində baş verib.

Bu barədə Türkiyənin tanınmış jurnalisti Emin Çölaşan “Saklıncalı gazeteci” kitabında yazıb. Kitabda jurnalist Uğur Dündarın həkimindən əldə etdiyi Çillerin yarıçılpaq foto şəkillərinin necə əldən-ələ gəzdiyi yazılıb.
Baş verənləri Tansu Çillerin 1995-ci ildən bəri müşaviri olan Hüseyn Kocabıyık da doğrulayıb:

“Tansu Çillerin həkimindən onun çılpaq foto şəkillərini oğurlayırlar. Ertuğrul Özkök (jurnalist), Uğur Dündar, Məsud Yılmaz və Emin Çölaşan şəkilləri birbirlərinə göstərirlər, birbirlərinə o şəkli ikram edirlər”.

Dündar, Özkök və Çölaşanın həmin dövrdə Aydın Doğanın sahibi olduğu “Hürriyet” qəzetində yazı yazdıqlarını deyən Kocabıyık Çillerin də həmin dövrdə şantaja məruz qaldığını deyir:

“Bütün bunlar harda baş verir? “Mənim qəzetlərim jurnalistlərin şərəfidir” – deyən Aydın Doğanın qəzetində. Bu insanlar şəkilləri yaymamaq üçün, “İstefa ver!” – deyərək Çillerə təzyiq göstərirlər. Bu dövlət çevrilişi deyilmi?”.

Kocabıyık kitaba istinadən şəkllərin Çillerin siyasi rəqibi Məsud Yılmaza da göstərildiyini deyib:

“Bir gün Uğur Dündar Çillerin həkimindən oğurlanmış şəkilləri Emin Çölaşana göstərir. Bu ayıb daha sonra Ertuğrul Özköklə də davam edir. Və hətta foto şəkillər Çillerin siyasi rəqibi Məsud Yılmaza da göstərilir. Hətta şəkillərin həqiqi olub olmadığı da araşdırılır”.

Qeyd edək ki, bu iddialar qarşısında Uğur Dündar hər hansı bir açıqlama verməyib.

Xatırladaq ki, Tansu Çiller daha əvvəl müsahibələrindən birində 28 fevralın zərərçəkmişlərindən biri olduğunu demişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *