İstanbulda terror aktında Azərbaycan vətəndaşları yaralanıb » AzNews.info -Xəbər portalı

İstanbulda terror aktında Azərbaycan vətəndaşları yaralanıb – YENİLƏNİB

İstanbulda terror aktında Azərbaycan vətəndaşları yaralanıb

İstanbulda törədilmiş terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır.

Onların xəstəxanada müalicəsi davam etdirilir.

17:03

Bu gecə İstanbulun “Reina” klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

AzNews.info xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyindən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.

13:01

İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.
APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

H.Hacıyev qeyd edib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb.

12:00

İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub.
Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *