İslam Həmrəyliyi Oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlandı » AzNews.info -Xəbər portalı

İslam Həmrəyliyi Oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlandı

İslam Həmrəyliyi Oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlandı

“Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənc bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır”.
Report xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb:

“Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4000-ə qədər idmançı, 2000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq.

Ümumilikdə Atletlər Kəndində 6000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il xərclənib, qalan hissəsi isə gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *