Bağla

AzNews.info



Bölmə: Siyasət, Sosial

"Mən ağılsız adama oxşayıram?" — Astan Şahverdiyev "otxod"dan danışdı

"Mən ağılsız adama oxşayıram?" — Astan Şahverdiyev "otxod"dan danışdı


Millət vəkili Astan Şahverdiyev Rusiyada işləyənləri "otxod" adlandırıb.

Bundan sonra Rusiyada işləməyə gedən azərbaycanlılar və ruslar sosial şəbəkələrdə bu məsələyə ciddi etraz etməyə başlayıb. Hətta ruslar millət vəkilinin haqlı olduğunu, öz millətini düzgün qiymətləndirdiyini də yazıblar.

Bir çox rus isə deputata sual ünvanlayıb ki, bəyəm Rusiya sizin üçün zibilxanadır ki, öz "otxodlar"ınızı bizə gönədirirsiniz?

Məsələ ilə bağlı Astan Şahverdiyevin özü ilə əlaqə saxladıq. AzNews.info Ölkə.Az-a istinadən Astan Şahverdiyevin cavabını sizə təqdim edir:

"Mənim əleyhimə bu yazıları təşkil edənlərin izinə düşmüşəm. O adamlar atamı da təhqir etmişdi. Fikrimi demişəm. Azərbaycan xalqının ziyalı təbəqəsi, Azərbaycanı dünyada, Avropada təmsil edən elm adamları, alimlərimiz, müsiqiçilərimiz, sənət adamlarımız, iş adamları hamısı ölkəmizə baş ucalığı gətirən insanlardır. Mən ağılsız adama oxşayıram ki, millətin qaymağına o sözü deyim?

Sentyabrda Moskvada konfransda idim, bir professor dedi ki, sizdən bura gələn adamların əksəriyyəti bazar adamlarıdır. Əlbəttə onun cavabını verdim. Bizim xalqa qarşı işlədilən ifadələr məni çox yandırır. Dezinformasiya, şantajla məşğuldurlar".

Özünə qarşı qaralama kampaniyası aparıldığını iddia edən deputat həmin adamın adını çəkməyəcəyini dedi.

Astan Şahverdiyev bildirdi: "Onu məhkəməyə verəndə özünüz görəcəksiniz".

Mənbə: Ölkə.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *