Rusiya səfirinə sui qəsd edən şəxs zərərsizləşdirilib » AzNews.info -Xəbər portalı

Rusiya səfirinə sui qəsd edən şəxs zərərsizləşdirilib – VİDEO

Rusiya səfirinə sui qəsd edən şəxs zərərsizləşdirilib


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində baş verib.

Şahidlərinin sözlərinə görə, səfir sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs “Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın” qışqıraraq cibindən çıxardığı silahdan 15-20 dəfə atəş açıb.

Məlumatda xeyli sayda yaralananların olduğu bildirilir.

Hadisə yerindən insanlar təxliyə edilib. Polis cinayətkarı zərərsizləşdirib.

Türkiyə mətbuatında hadisəni törədən şəxsin fotosu yayılıb.

Ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir, araşdırma aparılır.

20:32

Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, insident fotosərginin açılışı zamanı baş verib.

Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfirə atəş açıb. Rusiyalı diplomat Andrey Karlovun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Rusiyanın Ankaradakı səfirliyi hadisə ilə bağlı hələ ki, açıqlama verməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *