Ekspert: Azərbaycan Ukraynada yaşayan Bakı ermənilərini qəbul edə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Ekspert: Azərbaycan Ukraynada yaşayan Bakı ermənilərini qəbul edə bilər

Ekspert: Azərbaycan Ukraynada yaşayan Bakı ermənilərini qəbul edə bilər


Azərbaycan tolerant ölkədir və bu imici qorumaq nöqteyi-nəzərindən biz əvvəllər Azərbaycanda yaşamış ermənilərin müraciətlərinə açıq olmalıyıq.

Bizim millət ksenofobiyadan əziyyət çəkmir, eləcə də erməni xalqına qarşı. Bunun sübutu olaraq bu gün çoxsaylı ermənilərin burada yaşaması, cəmiyyətin üzvü olmasıdır. Bizim xalqımız onlara nifrət hiss etmir, belə ki, onlar dinc əhalidirlər.

Oxu.Az xəbər verir ki, bunu “İctimaiyyətlə əlaqələrin inkişafına yardım” QHT sədri, piar üzrə ekspert Şəlalə Həsənova Exo-ya verdiyi müsahibəsində Ukraynada hərbi əməliyyatlar zonasında olan Bakı ermənilərinin Bakıya qayıtmağı və Azərbaycan vətəndaşlığını qəbul etməyi istəmələri barədə məlumatları şərh edərkən bildirib.

Bununla yanaşı qeyd etmək lazımdır ki, bu gün bizim ölkədə 30 min erməni yaşayır. Bu barədə daha öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan etmişdi.

Ş.Həsənovanın sözlərinə görə, Azərbaycan tərəfi heç kimi dəvət etməməlidir, amma əgər insanlar özləri istəyirlərsə, ölkəmiz belə müraciətlərə açıqdır.

Təəssüf ki, son zamanlar təmas xəttində vəziyyət gərginləşib və daimi erməni təxribatları cəmiyyətdə neqativ münasibət yaradır. Ona görə də ermənilər özləri təşəbbüs irəli sürməli, müraciətlə çıxış etməlidir. Azərbaycan tərəfi isə müvafiq qərar qəbul edəcək və əgər onlar qayıdarlarsa onlar üçün dinc həyat təmin edəcək.

Miqrasiya üzrə ekspert Azər Allahverənov öz növbəsində echo.az-a bildirib ki, Sovet İttifaqı dövründə ölkəmizdə yaşayan, məlum hadisələr üzündən ölkəni tərk edən ermənilər, sonradan müxtəlif ölkələrdə, o cümlədən də Ukraynada məskunlaşıblar.

Təbii ki, onlar yaşadıqları ölkələrin vətəndaşlığına malikdirlər, bizim ölkədə isə yaşayarkən onlar Sovet İttifaqının vətəndaşları idilər, amma Azərbaycanda qeydiyyatda idilər. Qeyd etmək lazımdır ki, 30 mindən çox adam ölkəmizin hüdudlarını tərk etmədi, onlar hal-hazırda Azərbaycan vətəndaşıdırlar. Onlar burada oxuyur, işləyir və heç bir problemlə üzləşmirlər.

Onlar bizim cəmiyyətin tamhüquqlu üzvləridirlər.

Onun sözlərinə görə, Azərbaycanda doğulub və yaşayan insanların bir təbəqəsi buradan getdikdən bir müddət sonra geri qayıdıblar. Onların arasında ruslar, yəhudilər və d. var. Onların hamısı bu gün də dövlətimizin vətəndaşlarıdır.

“Təbii ki, əvvəllər Azərbaycanda yaşamış ermənilər teoretik olaraq geri qayıtmaq arzusunu ifadə edə bilərlər. Bizim qanunvericilik əvvəllər Azərbaycanda yaşamış, sonradan ölkə ərazisini tərk edən şəxslərə vətəndaşlığı qəbul etməyi qadağan etmir. Etnik tərkibə isə qanunvericilikdə toxunulmur.

Bu, məsələnin hüquqi müstəvisidir, amma onun siyasi tərəfi də var. Axı ermənilər Azərbaycanın bir hissəsini işğal ediblər. Ona görə də ermənilərin müraciətini ictimai-siyasi vəziyyəti və Qarabağ münaqişəsini nəzərə alaraq Azərbaycan Respublikası XİN və Azərbaycan Respublikası yanında vətəndaşlıq məsələsi üzrə Komissiyası baxacaq...”.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu echo.az-a qeyd edib ki, əvvəllər Azərbaycanda yaşamış ermənilərin ölkəyə qaytarılması, eləcə də əvvəllər Ermənistanda yaşayan azərbaycanlıların ora qaytarılması məsələsini qaldırmağın vaxtı çoxdan çatıb.

“Əgər bakılı ermənilər Azərbaycana qayıtmaq istəsələr, dövlətimizin hakimiyyətinə bu barədə müvafiq müraciət ünvanlaya bilərlər. Eyni zamanda, əvvəllər Ermənistanda yaşayan və oradan qovulan azərbaycanlılar da analoji hüquqa malik olmalıdırlar.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, unutmaq olmaz ki, Azərbaycanda yaşayan ermənilər ölkəmizi tərk etməyiblər və erməni separatizmini maliyyələşdirilməsində iştirak etməyiblər. Digər bakılı ermənilər haqqında heç nə iddia edə bilmərik. Əgər əvvəllər Azərbaycanda yaşamış ermənilərin bir hissəsi geri qayıtmaq istəyirsə, qoy toplaşıb müvafiq müraciətlə çıxış etsinlər. Ermənistanda əvvəllər bizim ölkədə yaşayan ermənilərin daxil olduğu təşkilat mövcuddur. Yuxarıda adıçəkilən müraciətlə onlar məşğul olmalıdırlar.

Əgər bakılı ermənilər geri qayıtmaq istəsələr Qaradağ rayonu və ya Sumqayıt istiqamətində ermənilərin məskunlaşacağı yaşayış kompleksi yaratmaq olar. Bizim tərəf onlar üçün təhlükəsizliyi təmin etməlidirlər. Mən dəfələrlə bu məsələni qaldırmışam, eləcə də Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun yaradılmasının vacibliyinin lehinə çıxış etmişəm”, - o qeyd edib.

Ekspertin dediyi kimi, hal-hazırda ölkəmizdə yaşayan ermənilər heç bir problemlə üzləşmirlər və cəmiyyətin bir hissəsidirlər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *