Rusların sevmədiyi ölkə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maraqlı

Rusların sevmədiyi ölkə

Rusların sevmədiyi ölkə


Ermənistan həddindən kiçik ölkədir və rusların onu özlərinə dost sayması üçün yetərli deyil.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin baş direktoru Valeri Fyodorov bildirib. Rusiyanın "Vesti FM" radiosunun efirində çıxış edən Fyodrov mərkəzin keçirdiyi sorğunun nəticələrindən danışıb.

Sorğuya görə, hazırda Rusiya əhalisi üçün ən dost ölkə Çindir və rəyi soruşulanların 52%-i bu ölkəni özünə dost sayır. Fyodrovun sözlərinə görə, 2008-ci ildə keçirilmiş sorğuda isə rəyi soruşulanların yalnız 23%-i Çinə səs vermişdi. İkinci yerə Belarus çıxıb və rəyi soruşulanların 32 faizi bu ölkəni Rusiyanın dostu sayıb. Üçlüyü Qazaxıstan qapayır və rəyi soruşulanların 20 faizi Astananı Moskvanın dostu sayır. 2008-ci ildə isə rəyi soruşulanların uyğun olaraq 14 faizi və 8 faizi Minski və Astananı dost sayırdı.

Valeri Fyodorov Ermənistanın dost üçlüyə düşə bilməməsini rusların bu ölkə barədə az məlumatlı olması ilə izah edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *