Hizbullah İsraili hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Hizbullah İsraili hədələdi

Hizbullah İsraili hədələdi


Hizbullah lideri Həsən Nəsrullah İsrailə gözdağı verib.

ANS PRESS-in məlumatına görə, Həsən Nəsrullah iki İsrail əsgərinin öldürüldüyü hücumla bağlı danışıb: "Bütün bölgə Hizbullahı gözləyirdi. Bizim üçün bu son olsa belə İsrailə qətiliklə hesab verilməli idi. Bu onlara bir mesajdır. İlk andan etibarən əsla müzakirə olunmayan bir məsələ vardı. İsrail qətiliklə bu hücumun hesabını verməli idi. Sonu nə olursa olsun. Əməliyyatın yerini, saatını təyin etdik, nəticənin ən pisinə hazır olduq və əməliyyatı reallaşdırdıq. Bu İsrailə bir mesajdır".

Hizbullah lideri bundan sonra baş verəcək hadisəslərə görə İsrailin məsuliyyət daşıyacağını sözlərinə əlavə edib: "Suriya torpaqlarındakı şəhidlərimizlə qürur duyuruq. Bizim mövqeyimiz son dərəcə dəqiqdir. Bundan belə Hizbullahın heyətindən və ya gənclərindən hər hansı birinə sui-qəsd həyata keçirilsə bunun məsuliyyəti İsrailə aiddir. Bu vəziyyətdə uyğun şəkildə qarşılıq vermə haqqına sahib olarıq".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *