Yalan danışır, amma qızarmır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Yalan danışır, amma qızarmır

Yalan danışır, amma qızarmır


Baş nazir Ovik Abramyan və müdafiə naziri Seyran Oqanyan silahlı qüvvələrinin 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Ermənistan ordusuna tərif yağdırıb, Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginliyə münasibət bildiriblər.

ANS PRESS-in məlumatına görə, baş nazir gülməli də olsa jurnalistlərə deyib ki, erməni ordusu regionda döyüş bacarığı olan ən güclü ordudur. Ordu bizim qürurumuzdur. Bizim gələcəyimizin təhlükəsizliyi ondan asılıdır. Sərhəddəki gərginlik isə, bizim rəqibimizin növbəti təxribatıdır.

Seyran Oqanyan isə sərhəddə vəziyyətin Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğunu söyləyib: "Sərhəddə bu günlərdə yaranmış gərginlik nəzarətə götürülüb. Biz önləyici tədbirlər həyata keçiririk, hərbi qulluqçularımız yerindədirlər."

Bəli, sən demə, erməni ordusu regionda ən güclü imiş, dünyanın da bundan heç xəbəri yoxdur. Maraqlıdır, acından günorta duran, ölkədə başı papaqlı problemi yaşayan, büdcəsi kiçik bir müəssisənin büdcəsindən az olan erməni ordusu necə güclü ola bilər?! Öz ərazisində başqa bir ölkənin hərbi bazasını saxlayan dövlətin milli ordusu necə güclü ola bilər?!

Təbii ki, Ovik Abramyanı, Seyran Oqanyanı başa düşmək o qədər də çətin deyil, onların borcu əldəqayırma ordunu tərifləməkdir. Çünki onlar hakimiyyətə məhz indi "güclü ordu" adlandırdıqları bir qrup işğalçı dəstənin hesabına gəliblər. Pafosla danışmaq, hündürdən qışqırmaq, boşboğazlıq etmək hələ güclü olmaq, qələbə deyil, uçurumdan, məğlubiyyətdən çıxış yolu deyil, ictimaiyyəti aldatmaqdır.

Məhz indi erməni nazirlərin kreslolarını qorumaq üçün belə təriflərə ehtiyacı var. Tərifli motaldan isə həmişə tük çıxır..

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *