Alman ekspert erməniləri məyus etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Alman ekspert erməniləri məyus etdi

Alman ekspert erməniləri məyus etdi


Almaniyanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Uve Halbax erməniləri məyus edən açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, alman ekspert Ermənistan mətbuatına verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə Ermənistan və Azərbaycandan asılıdır:

"Qoşunların təmas xəttində vəziyyət qəflətən, bəlkə də bilməyərəkdən gərginləşə bilər. Vəziyyət nəzarətdən çıxarsa, təsadüfən müharibə başlaya bilər. Biz 20 ildən çoxdur münaqişənin hərbiləşməsinə yol verməməyə çalışırıq, lakin əhəmiyyətli nəticələr əldə etməmişik. Fikrimcə, səbəb xarici qüvvələrdə deyil, komrpomisə getmək istəməyən daxili qüvvələrdədir. Rusiya, ABŞ və ya Avropa da daxil olmaqla, kimin vasitəçilik missiyası ilə çıxış etməsindən asılı olmayaraq, münaqişənin nizamlanmasının əsas hərəkətverici qüvvəsi xarici oyunçular deyil, kompromis əldə etməli olan münaqişə tərəfləri olmalıdır".

Yeri gəlmişkən, prezident İlham Əliyev Almaniya səfəri zamanı kansler Angela Merkel Qarabağ münaqişəsi barədə bunları bildirmişdi: "Fikirimcə Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər".

Göründüyü kimi, Uve Halbax da vurğunu münaqişə tərəflərinə salmaqla erməniləri inandırmağa çalışır ki, Qarabağ münaqişəsinin həlli hər şeydən əvvəl Ermənistanın özünə lazımdır və burada Rusiyanın mövqeyindən çıxış etmək rəsmi İrəvana yaxşı perspektiv vəd etmir.

Çünki bütün regional layihələrdən kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan öz imkanları hesabına bütün prioritetlərini yerinə yetirməkdədir. Münaqişənin həllinin uzanması Azərbaycandan çox Ermənistanın ziyanına işləyir.

Alman ekspert həmçinin deyib ki, Qarabağ münaqişəsi tərəflərin razılaşdırdığı Madrid prinsipləri əsasında həll olunmalıdır.

Qeyd edək ki, Madrid prinsipləri Dağlıq Qarabağa ən yüksək status verməklə Azərbaycanın ərazi butövlüyününün bərpasını nəzərdə tutur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *