Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir

Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir


Rusiya ABŞ-ın hansı ildə böyük radiuslu yeni raket əldə edəcəyini və bunun Moskvanın nüvə potensialı üçün təhlükə yaradacağını bilir.

AzNews.info Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz, hətta amerikalıların yeni raketi təqribən hansı ildə əldə edəcəklərini də bilirik, hansı ki, vurma məsafəsi 500 km. deyil, 1000 km, ondan sonra isə daha çox olacaq və həmin məqamdan isə onlar bizim nüvə potensialımızı hədələməyə başlayacaqlar. Biz nəyin baş verəcəyini ili ilə bilirik. Onlar da bizim bunu bildiyimizi bilirlər”, - Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, belə olan halda dünya gələcəkdə tamamilə yeni ölçülərə daxil olacaq.

“Problem məhz bundadır. Özlərini elə aparırlar ki, sanki heçə nə baş vermir. Mən də artıq necə eşitdirəcəyimi bilmirəm”, - Rusiya prezidenti vurğulayıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *