Türkiyəli nazir Almaniyaya yandırılmış yəhudiləri xatırlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkiyəli nazir Almaniyaya yandırılmış yəhudiləri xatırlatdı

Türkiyəli nazir Almaniyaya yandırılmış yəhudiləri xatırlatdı


Türkiyənin ədliyyə naziri Bekir Bozdaq Almaniya Bundestaqı tərəfindən Osmanlı imperiyasında qondarma “erməni soyqırımını” tanınması haqqında qətnamənin qəbulunu şərh edərkən nasist Almaniyasının törətdiyi Holokostu xatırladıb.

Oxu.Az xəbər verir ki, bu barədə iyunun 2-də “Anadolu” agentliyi məlumat yayıb.

“Vaxtilə yəhudiləri sobalarda yandıranlar, indi türk xalqına şər yaxaraq soyqırımda ittiham edirlər. İlk olaraq geriyə - öz tarixinizə baxsanız, yaxşı olardı”, - nazir bildirib.

Bozdaq Türkiyənin və türk xalqının ünvanına söylənən qondarma “erməni soyqırımı”na dair ittihamların böhtan olduğuna əminliyini bildirib.

“Utanacağımız heç nə yoxdur. Bizim tariximizdə başımızı yerə dikməyə səbəb olacaq qara ləkələr yoxdur”, - o vurğulayıb.

Nazir, həmçinin Bundestaqın qərarının Berlin və Ankara arasında münasibəti həmişəlik dəyişəcəyini ehtimal edib.

“Türk xalqı və türk dövləti öz dostlarını və düşmənlərini heç zaman unutmur. Əmin olun ki, Türkiyə öz yoluna davam edəcək, parlamentarilərin qərarı bizim tarixi ləkələyə bilməz”, - Bozdaq əlavə edib.

Daha öncə iyunun 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın alman parlamentinin 1915-ci ildə baş verən hadisələri “soyqırımı” kimi tanıması qərarını təhlil edəcəyini və lazımi addımlar atacağını bəyan etmişdi.

Türkiyənin baş naziri Binəli Yıldırım öz növbəsində bəyan edib ki, Bundestaqda yalnız qərarın səsverməsində “erməni irqçi lobbisi”nin günahkar olduğunu bəyan etmişdi.

Hökumət başçısının müavini Numan Kurtulmuş qeyd edib ki, “qanun layihəsinin qəbul edilməsi tarixi səhvdir”.

Bundan başqa, qətnamənin qəbul edilməsindən sonra Türkiyənin Berlindəki səfiri konsultasiya üçün vətənə geri çağrılıb.

Cümə axşamı Almaniya parlamentinin deputatları Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələri “soyqırım” kimi tanıyan qətnamə qəbul ediblər. Sənədin lehinə praktiki olaraq yekdilliklə səs verilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *