Nəcməddin Sadıkov Mohammad Xaniflə danışıqlarda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Nəcməddin Sadıkov Mohammad Xaniflə danışıqlarda

Nəcməddin Sadıkov Mohammad Xaniflə danışıqlarda


Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qonaqları salamlayan Baş Qərargah rəisi Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin mühüm rol oynadığını, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini və geniş imkanlara malik olduğunu bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik və atəşkəsin pozulması səbəbləri barədə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək müxtəlif sahələrdə Əfqanıstana göstərilən köməyə, eləcə də sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *