İran Həcc ziyarətinə zəvvar göndərməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İran Həcc ziyarətinə zəvvar göndərməyəcək

İran Həcc ziyarətinə zəvvar göndərməyəcək


İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, İran hakimiyyəti Səudiyyə Ərəbistanını Həcc ziyarətinə mane olmaqda günahlandırır.

İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib:

“Təəssüf ki, iranlı zəvvarlar Həcc ziyarətinə gedə bilməyəcəklər”.

Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb.

Rəsmi Tehran ötən Həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı 464 iranlı zəvvarın həyatını itirdiyini əsas gətirərək belə bir tələblə çıxış edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *