Rusiyaya qarşı yeni blok » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyaya qarşı yeni blok

Rusiyaya qarşı yeni blok


Baltik ölkələrinin və Polşanın müdafiə nazirləri Rusiya təcavüzünə qarşı birgə cavab verəcəklər. Onlar bu barədə Riqada razılığa gəliblər.

ANS PRESS-in məlumatına görə, Latviyada keçirilən görüşdə müdafiə nazirləri regionda Rusiyanın hərəkətlərinə təmkinli planda birgə cavab verəcəklərini söyləyiblər.

Litva Müdafiə Nazirliyinin press-relizində deyilir: "Baltik ölkələrinin müdafiə nazirləri əməliyyat planlarının uyğunlaşdırılmasının zəruriliyini təsdiqləyiblər. Baltik ölkələrinin birgə yaradılan Birləşmiş Qərargahı mümkün hərbi təcavüz halında Baltik ölkələrinin konkret iş planlarını hazırlamalıdır."

Litvanın müdafiə naziri Yuozas Olekas Uelsdə NATO-nun sammitində həmrəyliklə qəbul edilmiş qərarları həyata keçirməyə çağırıb. O, NATO-nun komanda elementlərinin yaradılmasının, həmçinin Baltika ölkələrində və Polşada hərbi qulluqçuların və silahların ilkin yerləşdirməsinin, Ukraynaya hərbi kömək göstərilməsi imkanına baxmağın vacibliyini vurğulayıb: "Bu, Rusiya təcavüzünə qarşı azadlıq və müstəqillik mübarizəsində Ukrayna ilə həmrəyliyi nümayiş etdirərdi."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *