Rusiya əhalisi Putinin prezidentlik fəaliyyətinə qiymət verib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Rusiya əhalisi Putinin prezidentlik fəaliyyətinə qiymət verib

Rusiya əhalisi Putinin prezidentlik fəaliyyətinə qiymət verib


Rusiya vətəndaşlarının prezident Putinin son illərdə ən çox bəyəndikləri qərarı Suriyada hərbi əməliyyatların aparılmasıdır.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “İctimai fikir” fondunun apardığı sorğunun nəticəsində məlum olub.

Sorğu Rusiyanın 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilib.

Sorğu iştirakçılarının 8 faizi Rusiya prezidenti Vladimir Putinin rəsmi Dəməşqə hərbi əməliyyatlarda yardım göstərmək qərarını bəyənib. 7 faiz respondent onun Krımı Rusiyaya birləşdirmə qərarını və inkişafı ilə bağlı fəaliyyətini doğru hesab edib. Sorğu iştirakçılarının 5 faizi prezidentlə son canlı bağlantını yüksək qiymətləndirib. Ölkənin sosial siyasətini və beynəlxalq arenadakı mövqeyini də 5 faiz respondent bəyənib.

Prezidentin Ukrayna siyasətini 3 faiz, Türkiyə ilə münasibətlərini isə 1 faiz insan düzgün hesab edib.

Rusiya prezidentinin 2012-ci ildə təkrar seçilməsindən sonra 2000-ci illərlə müqayisədə respondentlərin 38 faizinin Putin barədə fikri müsbətə doğru dəyişib, 42 faiz respondentin fikri isə dəyişməz olaraq qalıb.

Sorğu iştirakçılarından 2/3-si hesab edir ki, ölkə prezidentinin fəaliyyəti onların gözləntilərinə cavab verir, 38 faizi isə hesab edir ki, Rusiyada müsbətə doğru ciddi dəyişikliklər Putinin sayəsində baş verir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *