Səbrimiz tükənir, Ermənistan işğala son qoymazsa… » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

Səbrimiz tükənir, Ermənistan işğala son qoymazsa…

Səbrimiz tükənir, Ermənistan işğala son qoymazsa…


Qənirə Paşayeva ön cəbhədə baş verənlərlə bağlı Türkiyədə konfrans keçirərək, erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb.

Axar.az xəbər verir ki, millət vəkili Rizədə türk ocaqlarının təşkil etdiyi və QHT, KİV rəhbərləri, aydın və gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edib.

Millət vəkili Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirməsində ATƏT-in Minsk Qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib.

“Azərbaycan ordusunun və xalqının səbri daşıb və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar”, - millət vəkili bildirib.

Millət vəkili türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.

Qardaş Türkiyə və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili qeyd edib ki, indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *