İrəvan Türk Birliyinə girir? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

İrəvan Türk Birliyinə girir?

İrəvan Türk Birliyinə girir?


Ermənistanın qərbyönümlü müxalifət partiyası “İrs”dən olan deputat Zarui Postancyan palamentdə çıxışında bu ölkənin türk birliyinə girdiyini iddia edib.

ANS PRESS-in məlumatına görə, Ermənistanın Avrasiya İttifaqına girmək üçün imzaladığı sənədin müzakirəsi zamanı Postancyan Putinin Ankaraya etdiyi səfəri xatırladıb və Moskva ilə Ankaranın ümumi maraqlarının olduğunu deyib.

“Ankara ilə Qazaxıstanın da ümumi maraqları var. Əlbəttə, onların hamısının Azərbaycanla ortaq maraqları var. Mən anlamıram, Ermənistanın bu türk birliyində nə işi var? Tarixin bizə bunun dərsi verib - kamalistlərlə bolşeviklərin maraqlarının üst-üstə düşməsindən sonra başımıza nə iş gəldiyini bilirik”,- deyə Zarui Postancyan bildirib.

Hakim Respublika Partiyasının təmsilçisi Artak Zakaryan isə ona cavab verib. O deyib ki, Ankara ilə Moskva arasında ortaq maraqlar olduğu kimi, fikir ayrılıqları da var. O, Zarui Postancyanı emossionallıqda günahlandırıb: “Tariximizdəki uğursuzluqlar məhz o üzdən baş verib ki, bizim siyasətçilər soyuq başla hesabat aparmaq əvəzinə emossiyalarla çıxış edir”, - deyə Artak Zakaryan vurğulayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *