Bağla

AzNews.info



Bölmə: Siyasət

Malena Mard: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Malena Mard: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Aİ Minsk qrupunun səylərini dəstəkləyir.

“Biz açıq şəkildə bəyan etmişik ki, status-kvo uzun müddət davam edə bilməz. Biz münaqişənin sülh yolu ilə həlli üçün daha da irəli getməliyik. Bu, ali nümayəndə Federika Mogerinin Bakı səfəri zamanı da açıq şəkildə qeyd edildi”, -deyə M.Mard bildirib.

M. Mard Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helber Salberin regiona səfərinin də bir neçə gün içində reallaşacağını deyib.

“Xüsusi nümayəndə də çox aktivdir. Hesab edirəm ki, bu, Avropa İttifaqının bu münaqişəyə diqqətini göstərir”, - deyə M.Mard vurğulayıb.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *