Azərbaycan və ABŞ hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Azərbaycan və ABŞ hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və ABŞ hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər


Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib.

Müdafiə Nazirliyindən Oxu.Az verilən məlumata görə, martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.

Görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə edilib.

Azərbaycan tərəfdən nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfdən isə ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter rəhbərlik edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *