Silahlı Qüvvələrdə Xocalı soyqırımının ildönümü anılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Silahlı Qüvvələrdə Xocalı soyqırımının ildönümü anılacaq

Silahlı Qüvvələrdə Xocalı soyqırımının ildönümü anılacaq


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Təsdiq edilmiş plana əsasən tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edir.

İctimai-siyasi hazırlıq dərslərində “26 fevral - Xocalı soyqırımı” mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və “dəyirmi masa”ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub.

Tədbirlər planına əsasən Goranboy rayonu icra hakimiyyəti ilə birlikdə “Xocalı qisasa çağırır bizi” devizi altında faciə qurbanlarının və “Qızıl ulduzlu qəhrəmanlarımız” silsiləsindən Beyləqan rayonundan olan Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə həsr edilən anma mərasimləri təşkil olunacaq.

Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayraqları endiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *