Davudoğlunun kortejinin yolunda partlayış » AzNews.info -Xəbər portalı

Davudoğlunun kortejinin yolunda partlayış – YENİLƏNİB

Davudoğlunun kortejinin yolunda partlayış


Partlayış cümə gününə keçən gecə ölkəni baş naziri Əhməd Davudoğlunun səfərdə olduğu Mardin şəhərində baş verib, “Sabah” nəşri məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış Baş nazirin kortejinin keçəcəyi “Respublika” meydanında baş verib.

Bununla əlaqədar hüquq-mühafizə orqanı əməkdaşları bu rayonda başqa partlayıcı qurğuların olmasını dəqiqləşdirirlər.

Nəşrin məlumatına əsasən, armatur kəsikləri ilə möhkəmləndirilmiş əldəqayırma partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Polis hadisəni araşdırmağa başlayıb.

Baş nazirin səfəri və baş verən hadisə ilə əlaqədar şəhərdə təhlüksəsizlik tədbirləri gücləndirilib.

10:07

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun kortejinin yolunda partlayış baş verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kortej Mardin istiqamətində hərəkət edirmiş.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *