Bu məşhurlar YAP-a üzv oldular » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maqazin, Foto

Bu məşhurlar YAP-a üzv oldular – FOTO

Bu məşhurlar YAP-a üzv oldular


Yanvarın 30-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2 fevral Gənclər Günü münasibətilə təntənəli mərasim keçirib.

YAP-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətinə həsr edilmiş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” video çarxı nümayiş olunub.

Daha sonra isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinə həsr edimiş video çarx tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Gənclər gününə həsr olunmuş tədbirdə MM sədrinin I müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, MM sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, YAP Gənclər Birliyinin uğurlu fəaliyyətindən bəhs ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin üzvlərini, eləcə də bütün ölkə gəncliyini Gənclər Günü münasibətilə təbrik edib.

Gənclər gününə həsr edilmiş təntənəli mərasim ictimai-siyasi həyatımızda fərqlənən gənclərin mükafatlandırılması ilə başa çatıb.

Müğənnilər Günay İbrahimli, Yaşar Cəlilov, Sevil və Sevinc Səfərovalar, Fərid Həsənov, aktrisa-aparıcı Aysel Nazim və digərləri YAP-a üzv olublar.

YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvlərindən Abel Məhərrəmov və Eldar İbrahimov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev, AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli Gənclər gününə həsr edilmiş təntənəli mərasimdə iştirak ediblər.

Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular
Bu məşhurlar YAP-a üzv oldular

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *