Ağcabədidə müəllimi qaçırtdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Ağcabədidə müəllimi qaçırtdılar

Ağcabədidə müəllimi qaçırtdılar


Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.

AzNews.info "Report"-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.

Rayon sakini 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər.

Hazırda rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *