Azərbaycan millət vəkili Ərdoğanı tənqid etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan millət vəkili Ərdoğanı tənqid etdi

Azərbaycan millət vəkili Ərdoğanı tənqid etdi


“Avqustun axırına planlaşdırılan inaqurasiyaya artıq 50-dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir. Ancaq bu gün yayılan xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır. Ölkə rəhbərliyi inaqurasiyaya Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edib. Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində yazıb.

Millət vəkili bildirib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir: "Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmasın ittihamlar irəli sürür. Elə Serj Sarkisyan da Türkiyəyə sevgisini bir sıra antitürk bəyanatları ilə ortaya qoyub".

Aydın Mirzəzadənin sözlərinə görə, indi Türkiyə Ermənistan rəhbərini inaqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyil. Heç diplomatik protokolda da qüşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümayəndələrinin dövlət tədbirlərinə dəvət edilmə praktikası yoxdur. İnaqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyil.

Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk "təbrik" edənlərdən oldu. Moskvada erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb. Verilən məlumata görə isə hər iki güllə hədəfə çatıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *