Poroşenko: Azərbaycanın ərazi bütövlüyünün dəstəkləyirik » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Rəsmi

Poroşenko: Azərbaycanın ərazi bütövlüyünün dəstəkləyirik

Poroşenko: Azərbaycanın ərazi bütövlüyünün dəstəkləyirik


Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az-ın verdiyi xəbərə əsasən, təbrik məktubunda deyilir:

“Dğum gününüz münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin qətiyyətli liderliyiniz, müdrikliyiniz, zəngin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının bundan sonra da uğurla inkişaf etməsinin və vətəndaşlarının rifahının yüksəlməsinin rəhnidir.

Ukrayna-Azərbaycan münasibətlərinin əsaslı inkişafında Sizin şəxsi rolunuz böyük əhəmiyyət daşıyır. Bizim ən yüksək səviyyədə dialoqun yenidən başlanmasına birgə fəal səylərimiz ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas olacaq.

Ukraynanın etibarlı strateji tərəfdaşı olan Azərbaycanın dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyinə görə xüsusi təşəkkür etmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə əlaqədar Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiq etmək istərdim.

Əminəm ki, dost Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə ikitərəfli münasibətlərimizin müsbət dinamikası yüksələn xətt üzrə inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz güc və enerji, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *