BMT: "Türkiyə İraqa xəbərdarlıq edib" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

BMT: "Türkiyə İraqa xəbərdarlıq edib"

BMT: "Türkiyə İraqa xəbərdarlıq edib"


Türkiyə və İraq ikitərəfli görüşlər keçirərək problemi öz aralarında həll etməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Türkiyənin Mosula əsgər göndərməsi ilə bağlı rəsmi Bağdadın şikayəti əsasında aparılan müzakirələrdə deyilib.

Toplantıda iştirak edən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Xalid Çevik bildirib ki, Başika hərbi düşərgəsi İraq hökumətinin tələbi ilə qurulub:

“Biz problemi həll etmək üçün lazımi addımları atdıq. Türkiyə İraqın bütövlüyünə və suverenliyinə hörmət edir. Başika hərbi düşərgəsi yerli hakimiyyətlə koordinasiyalı şəkildə yaradılıb. İraq rəsmilərinə dəfələrlə xəbərdarlıq edilib. Məsələnin beynəlxalq müstəviyə çıxarılması, sadəcə İŞİD-ə qarşı yaradılan birliyimizə zərbə vura bilər”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *