Politoloq: Müharibə yaxınlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Politoloq: Müharibə yaxınlaşır – MÜSAHİBƏ

Politoloq: Müharibə yaxınlaşır

“Rusiya-Türkiyə münasibətlərinin pozulması Azərbaycan üçün xoşagəlməz faktdır”.

Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti, M.V.Lomonosov adına MDU-nun “Resurs strategiyaları” ekspert-analitik liqanın iştirakçısı, politoloq Qriqori Trofimçuk Oxu.Az-a verdiyi müsahibəsində dünyada baş verən qlobal proseslərdən, dünyanın müxtəlif qütblərində Qərbin və Rusiyanın qarşıdurmasından və bu qarşıdurmanın Azərbaycana təsir etməsindən danışıb.

- Hal-hazırda dünyada iqtisadi böhran müşahidə edilir və neftin qiymətləri hər keçən gün ucuzlaşır. Necə hesab edirsiniz, iqtisadi vəziyyətin pisləşməsi qlobal müharibələrə və ya geosiyasi dəyişikliklərə gətirib çıxara bilərmi?

- Mütləq gətirib çıxaracaq və artıq gətirir də. Dünyada faəl şəkildə dəyişikliklər gedir, sadəcə bunu hamı başa düşməyib. Başa düşməyənlərə həmişə olduğu kimi sabahkı yeni dünyada heç nə düşməyəcək.

Kiçik remark edim: hal-hazırda dünyada adi qaydada olan böhran yoxdur. Demək lazımdır ki, liberal-bazar tipli cəmiyyətdə iqtisadi böhranlar müntəzəm olaraq baş verir. Bu gün biz iqtisadi böhranı deyil, ölkələrin və onların nüfuz sahələrinin dəyişdirilməsinə yönəlmiş birbaşa hərbi-siyasi böhranı görürük.

Neft və qazın qiymətləri bu və ya digər ölkələrin nüfuzunun möhkəmləndirilməsi üçün vasitədir. Bir çoxları xammal qiymətlərinin bugünkü ucuzlaşmasını Sovet İttifaqının süqutu ilə səhv salırlar. Amma SSRİ neftin qiymətlərinə görə süquta uğramadı, çünki o vaxt neft qiymətləri ölkənin iqtisadiyyatında əsas rolu oynamırdılar.

Həmin ölkə ölkə rəhbərliyinin başında Qorbaçovun durduğu üçün süquta uğradı. Amma bu gün ölkələr məhz neftin qiymətlərinin ucuzlaşması ucbatından süquta uğramaq təhlükəsi qarşısındadırlar, belə ki, onlar diversifikasiyalı iqtisadiyyatı formalaşdıra bilməyiblər. Onlar bu haqda çox danışsalar da praktiki mənada heç nə etməyiblər. Və artıq edə bilməyəcəklər də, çünki artıq başlayan müharibə buna imkan verməyəcək.

- Bildiyimiz kimi, təyyarənin vurulmasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Necə hesab edirsiniz, gərginliyin aradan qaldırılması üçün Rusiya və Türkiyəni danışıqlar masasına oturtmaq olarmı?

- Nəzəri olaraq, bu mümkün olar, çünki hələlik iş gedib rus-türk müharibəsinə çatmayıb. Amma Ankaranın arxasında elə səviyyə və nüfuza malik mütəxəssislər durub ki, onlar istənilən an bu müharibəni təşkil edə bilərlər.

Məsələn, Bağdad Moskvaya türk qoşunlarının İraqdan çıxarılması üçün müraciət edə bilər. Təəssüf ki, bu müharibəyə başlamağın bir sıra “etibarlı” üsulları da var. Türkiyənin belə danışıqlar masasına oturması üçün onun öz mövqeyi olmalıdır, amma onun NATO-da olduğu üçün geosiyasi və regional vəziyyətə təsir edəcək vasitələri çox azdır.

Azərbaycanın nəzər vasitəçiliyi də burada az şeydə kömək edə bilər. Belə ki, Vaşinqtonun Türkiyə və Türkiyə-Rusiya münasibətlərinə dair öz planları var. Amma Qərb belə vasitəçiliyə razılaşa bilər, o, qarşıdurmaya Azərbaycanı da cəlb etməyə cəhd göstərəcək.

- Bəzi ekspertlər Rusiya və Türkiyə münasibətlərinin kəskinləşməsini Azərbaycan üçün müxtəlif cür qiymətləndirirlər. Sizcə bu Azərbaycan üçün nə dərəcədə əlverişli və ya zərərlidir?

- Azərbaycan üçün Rusiya-Türkiyə münasibətlərinin pozulması birbaşa desək xoşagəlməz faktdır. Belə ki, bu siyasi “yabada” mövqeyi qəti müəyyənləşdirmək lazım gələcək, və bu seçim Rusiyanın xeyrinə olmayacaq. Məhz bu səbəbdən də Qərb Bakıya bu məsələdə mövqeyini daha tez müəyyənləşdirmək üçün “kömək etməyə” səy göstərəcək.

Həm də nüfuz vasitəsi kimi, Qarabağ problemi də daxil olmaqla çox şey meydana çıxacaq. Sadəcə bir hipotetik variantı götürək: Azərbaycana Qarabağın reinteqrasiyasında mənəvi (sözdə) dəstək göstəriləcək. Həm Türkiyə, həm də ABŞ tərəfindən.

Azərbaycan nə etməlidir? Bir daha: əgər Türkiyə NATO üzvü olmasaydı, o zaman baş verən hadisələrdə öz təhlükəsizliyini təmin etmək üçün Qafqaz ölkələrindən ibarət böyük bir blok yarada bilərdi. Amma Türkiyənin NATO-da üzvlüyü bütün təsviri dəyişir.

Demək lazımdır ki, Türkiyə bir neçə dəfə öz Qərb tərəfdaşlarının sərt nəzarəti altından çıxmağa çalışıb, amma bundan heç nə alınmayıb – elə həmin Suriya müharibəsində olduğu kimi, Türkiyəni ora daxili “demokratik müharibə” təhlükəsi (“ekoloqların” üsyanı 2013-cü il) ilə cəlb etdilər.

- Sizin fikrinizcə, Rusiya və Qərb arasında konfrontasiya nə qədər çəkəcək?

- Realist olmaq lazımdır. İndi bu qarşıdurma Qərb postsovet məkanında öz məqsədlərinə çatana qədər davam edəcək. Bu məqsəd isə çox sadədir: “sovet təsərrüfatının, əmlakının və anbarının” bölünməsidir.

Bunun baş verməməsi üçün artıq indi bir çox ölkələr bu ərazidə hərbi əməliyyatlarda bərabər iştirak etməlidirlər. Qərb hesab edir ki, bu məqsəd bu gün heç vaxt olmadığı qədər yaxındır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *