Bağla

AzNews.info



Bölmə: Siyasət, Qarabağ

“Bunun Qarabağ prosesinə ciddi təsiri olacaq”

“Bunun Qarabağ prosesinə ciddi təsiri olacaq”


Azərbaycan Ermənistan rəhbərliyi ilə görüşlərə kəskin və ciddi real mövqelərlə gedir.

Bu barədə Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisin ilk iclasındakı nitqini şərh edərkən millət vəkili Zahid Oruc danışıb. Deputat parlamentdə ölkə rəhbərinin Qarabağ məsələsi üzərində xüsusi dayandığını qeyd edib:

“Siyasi diplomatik səylər və hərbi vasitələrin daha da gücləndirilməsi ön plandadır. Çünki hazırkı şəraitdə regional proseslər elə cərəyan edir ki, sadəcə, sülh danışıqları və siyasi nizamlama vasitələri ilə prosesin uğurlu nəticəsinə ümid etmək mümkün deyil. Başqa tərəfdən isə danışıqlara xeyli müddətdir fasilə verilib. Çünki Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəliyə sürülmüş sənədlərin Qarabağ probleminin real həll üsulu olmadığını görür. Eyni zamanda, Minsk Qrupunun həmsədrləri arasında ciddi qarşıdurma yaşanır və konfrontasiya mövcuddur. Hətta vaxtilə Fransa və ABŞ Rusiyaya qarşı idisə, indi əksinədir. Fransa və Rusiya arasında son terror olaylarından sonra yaxınlaşma var. Deməli, bunun Qarabağ proseslərinə də təsiri olacaq”.

Millət vəkili ölkə başçısının son çıxışını Dağlıq Qarabağla bağlı bundan sonra atılacaq addımların mühüm təlimatı kimi qiymətləndirib:

“Dövlət başçısı formatın dəyişdirilməsinin asan olmadığını, lakin regional və beynəlxalq şəraiti dəyişdirmək üçün mühüm addımların atıldığını qeyd etdi. Bu addımlardan biri Ermənistana qarşı daha kəskin hərbi zərbələr endirməkdir. Çünki Ermənistan tərəfi yalnız bu yolla danışıqlarda müəyyən mənada maraqlı olur. İkincisi, təkcə Minsk Qrupu formatında qalmamaq, ATƏT-in digər təsisatlarında, AŞPA, AB-də Ermənistan əleyhinə siyasi qərarların qəbulu Azərbaycan diplomatiyasının əsas xəttini təşkil edir. Bu zaman təbii ki, qarşı tərəf müxtəlif kompleks tədbirlər həyata keçirməyə çalışır. Bu baş vermədikdə isə Bakıya gələn diplomatların sayı artır. Azərbaycan səngərdəki gərgin durumu həzm etməyib, ermənilərə qarşı ciddi addımlar atan kimi sanki bunun başqa bir səngərdə hərəkətlənməsi isə siyasi diplomatik cinahda baş verir. Prezident İlham Əliyev Ermənistan rəhbərliyi ilə görüşlərə kəskin və ciddi real mövqelərlə gedir. Heç bir halda rayonlarla bağlı məsələdə güzəştə gedilməyəcək. Ədalətsiz sülh müqaviləsi növbəti Qarabağ müharibəsi deməkdir. Çünki Azərbaycanın ziyanına hansısa bir prosesi beynəlxalq güclərin əli ilə reallaşdırmaq da hələ son nəticə deyil. Bu o deməkdir ki, daha ağır nəticələr ola bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin ilk sırada dayandığını və ölkənin təhlükəsizliyi üçün hərbi potensialın gücləndirilməsinin əsas prioritet olduğunu bildirib.

Mənbə: Axar.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *