“Aykakan Jamanax”: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəyirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

“Aykakan Jamanax”: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəyirlər

“Aykakan Jamanax”: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəyirlər


Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni pərdəarxası proses baş verir, bu prosesin əsas təşəbbüskarı isə Rusiyadır. Söhbət bir neçə Qarabağ rayonunun Azərbaycana qaytarılmasından gedir.

Oxu.Az xəbər verir ki, bu barədə erməni qəzeti “Aykakan Jamanax” yazıb.

Qəzetin yazdığına görə, hökumətdə olan mənbələrdən alınan məlumata əsasən, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır, bunun sayəsində isə Azərbaycandan Avrasiya İqtisadi İttifaqına daxil olmağa razılıq əldə edəcəyinə ümid edir.

“Mənbələr iddia edirlər ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvana dünənki səfərinin əsas mövzusu məhz bu olub”,- “Aykakan Jamanax” yazır.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında yaranıb. Dağlıq Qarabağ və yeddi ətraf rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *