"Boko Haram" liderindən Azərbaycana salam » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

"Boko Haram" liderindən Azərbaycana salam

"Boko Haram" liderindən Azərbaycana salam


Nigeriya terror təşkilatı "Boko Haram"ın lideri azərbaycanlı dostlarına salam göndərib.

ANS PRESS-in məlumatına görə, radikal islam qruplaşmasının lideri Abubakar Şekaunun yeni videosu yayımlanıb.

Görüntülərdə zirehli texnikaların və döyüşçülərin olduğu görünür. 44-dəqiqəlik videoda həmçinin bildirilir ki, "Boko Haram" özünü İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatını dəstəkləyirlər. Qruplaşmasının lideri bildirir ki, onlar İslam xəlifəsinə beyət edirlər:

"Biz təbriklərimizi hamıya göndəririk. Xüsusi ilə İŞİD-in ərazisində yaşayanlara hörmətimizi çatdırırıq. Əfqanıstan, Pakistan, Azərbaycan, Çeçenistan, Yəmən və Somalidən olan qardaşlarımızı da salamlayırıq", - deyə terror qruplaşmasının lideri söyləyib.

Qeyd edək ki, sözügedən təşkilat 2002-ci ildə yaradılıb. Qruplaşmanın məqsədi Nigeriyada qərb nümunəsinə uyğun cəmiyyətin qurulmasının qarşısını almaqdır. Onlar şəriətin normalarının ölkədə tətbiq edilməsini tələb edirlər. Bu qruplaşmanın döyüşçüləri Nigeriyada çoxsaylı qanlı hücumların təşkilini öz üzərinə götürüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *