Azərbaycan Rusiya və İran arasında mübadilə əməliyyatlarında yardım edə bilər » AzNews.info -Xəbər portalı

Azərbaycan Rusiya və İran arasında mübadilə əməliyyatlarında yardım edə bilər

Azərbaycan Rusiya və İran arasında mübadilə əməliyyatlarında yardım edə bilər


Azərbaycan Rusiya və İran arasında planlaşdırılan neft və qaz təchizatı üzrə mübadilə əməliyyatlarında real kömək göstərə bilər.

Oxu.Az vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Rossiya-24 telekanalına verdiyi müsahibəsində bildirib.

“Qazpromun və İranın neft-qaz şirkətlərinin danışıqlar masasında qaz və neft mübadiləsinə dair razılaşmalar var. Onlarla yanaşı, Rusiya Federasiyası İranın şimalına qaz çatdıra bilərdi və İranın cənubundan analoji həcmləri mübadilə sövdələşmələrin yardımı ilə ala bilərdi (maye qaz və ya boru kəməri vasitəsilə nəql olunan qaz kimi)”, - nazir deyib.

Onun sözlərinə görə, bu qəbildən olan mübadilələri neft ilə də etmək olar.

“Bizim həmkarlarımız bu ideyaya müsbət cavab veriblər”, - nazir qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *