Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI

Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir?


Qeyri-rəsmi xəbərlərə görə, ötən bazar günü Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirilib.

Prezidentin sədrliyilə keçirilən toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd edilir.

Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Bəs Təhlükəsizlik Şurasına kimlər daxildi?

AzNews.info Modern.az-a istinadən Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə daxil olan vəzifəli şəxslərin siyahısını təqdim edir:

Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri


Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir.

Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *