ABŞ və Rusiya razılaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ və Rusiya razılaşdı

ABŞ və Rusiya razılaşdı


Birləşmiş Ştatlar və rəsmi Moskva Rusiya-Ukrayna sərhədindəki vəziyyət barədə bir-birlərini məlumatlandıracaqlar.

ANS PRESS-in məlumatına görə, bunu noyabrın 8-də Pekində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Con Kerri bəyan edib.

O deyib ki, Ukrayna ilə bağlı bir sıra məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Moskva dialoqu davam etdirməyə hazırdır: «Moskvaya qarşı sanksiyalar üzrə sonrakı qərarlar Rusiyanın seçimindən asılıdır» - deyə Kerri bildirib.

Öz növbəsində Pekində çıxışı zamanı Sergey Lavrov isə bildirib ki, Rusiya və Birləşmiş Ştatların Ukraynada baş verənlərlə bağlı mövqeləri «məlum səbəblərdən» üst-üstə düşmür.

«Bununla belə, Vaşinqton vəziyyətin sakitləşməsinə, Kiyevlə separatçıların liderləri arasında dialoq üçün şəraitin yaradılmasına kömək etsəydi, düşünürəm ki, bu, düzgün istiqamətdə addım olardı», - deyə rusiyalı nazir bildirib.

Görüşdən əvvəl Lavrov bir daha Ukraynanın şərqində Rusiya hərbçilərinin olması haqda xəbərləri təkzib edib.

Qeyd edək ki, Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının sədri Andrey Lısenko noyabrın 6-da 30 tank, ağır top və yük maşınından ibarət Rusiya konvoyunun Luqansk vilayəti ərazisində sərhədi keçdiyini bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *