Sərkisyanın son ümidi belə ölür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sərkisyanın son ümidi belə ölür

Sərkisyanın son ümidi belə ölür


Ermənistanın siyasi dairələrinin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə sammiti göstərdi ki, Azərbaycanla münaqişədə Ermənistan öz ümidlərini bu təşkilata bağlamamalıdır.

"Azadlıq" radiosunun erməni xidməti yazır ki, sentyabrın əvvəlində Ermənistan-Azərbaycan sərhədində bir neçə gün hərbi əməliyyatlar keçirildi. Qarşı tərəf hətta reaktiv raket artilleriyasından da istifadə etdi, yaşayış məntəqələrini atəşə tutdu və qurbanlar oldu.

Sentyabrın 16-da keçirilmiş sammitdə Serj Sərkisyan Ermənistan sərhədindəki gərginlikdən danışıb. Təşkilatın digər üzvləri isə buna sükutla cavab veriblər. Hətta sammitin yekunlarına dair qəbul edilən bəyannamədə belə Azərbaycan-Ermənistan münaqişəsi xatırladılmayıb.

"Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə özünə ümid bağlayır. Biz həmişə özümüzə ümid etməliyik. Amma hər halda beynəlxalq təşkilatlarla da hesablaşmalıyıq" - bunu hakim Respublika Partiyasından olan deputat Vahram Bağdasaryan deyir.

KTMT sammitinin yekun sənədində deyilir ki, qurum üzləri fəal surətdə silahlanma yarışına qarşı çıxırlar.

Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan məəttəl qalıb: Rusiya və Belarus Azərbaycanı silahlandırır, Ermənistanı da silah yarışına dartırlar, sonra da bu cür bəyanat qəbul edirlər: "Bu, bizi KTMK-nın nə vaxtsa Ermənistanın xeyrinə, Azərbaycanın strateji dostları olan üzv ölkələrin hansısa sərt qərar verə biləcəyi illüziyasından xilas etməlidir".

"İrs" partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan hesab edir ki, Ermənistanda heç kim KTMT-ni ciddi qurum saymır. Onun fikrincə, KTMT olsa-olsa ucuz qiymətə silah əldə etmək imkanı verir və Azərbaycanda da bunu yaxşı anlayırlar.

"Azərbaycan yaxşı bilir ki, sabah müharibə başlasa, orda təşkilatın ordusunu yox, erməni hərbçilərini görəcəyik və ən yaxşı alda bir bəyanat olacaq. Qurum tərəfindən ola bilsin, Rusiyanın iştirakını görək. Belarus və Qazaxıstan prezidentləri elə Avrasiya İqtisadi Birliyi çərçivəsində daha çox Azərbaycanın mövqeyindən çıxış edirlər. Nə dəyişib ki, KTMT-də onlar başqa bir bəyanat versinlər?" - deyə Poqosyan sual edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *