İŞİD rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İŞİD rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib

İŞİD rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib


İraqda ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ağ Ev İŞİD rəhbərliyində “iki nömrəli” şəxs sayılan Hacı Mutazın avqustun 18-də İraq ərazisində məhv edildiyini təsdiqləyib.

“İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs sayılan, daha çox Hacı Mutaz adı ilə tanınan Fadhil Əhməd əl Xəyali avqustun 18-də İraqın Mosul şəhəri yaxınlığında avtomobildə hərəkətdə olarkən ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib”, deyə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.

Onun sözlərinə görə, Əl Xəyali ilə birlikdə İŞİD-də KİV-lərlə əlaqələrə cavabdeh olan Əbu Abdullah məhv edilib.

MTX nümayəndəsi dəqiqləşdirib ki, Əl Xəyali İŞİD-də “baş əlaqələndirici” vəzifəsini icra edib. O İraq və Suriya arasında silah-sursat, nəqliyyat vasitələri və canlı qüvvənin daşınmasına cavabdehlik daşıyıb: “O İŞİD-in hər iki ölkədə əməliyyatların keçirilməsinə nəzarət edib, son iki ildə isə, əsasən, İraqdakı əməliyyatlara rəhbərlik edib. İŞİD-in 2014-cü ildə Mosula hücumunun planlaşdırılmasında əsas rol oynayıb”. Əl Xəyalinin, həmçinin, “Əl Qaidə” terror təşkilatının üzvü olduğu bildirilir.

Ağ Ev İŞİD-in maliyyə və loqistika məsələlərinə görə cavabdeh olan Əl Xəyalinin ölümünün İŞİD-in əməliyyatlarına mənfi təsir göstərəcəyinə əmindir. Ned Prays Əl Xəyalinin İŞİD başçısı Əbu Bəkr əl Bağdadinin baş müavini olduğunu qeyd edib.

ABŞ ordusu İraqa yeridilənədək Əl Xəyali İraq ordusunun xüsusi təyinatlı dəstəsində xidmət çəkib. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Əl Türkmani (Əl Xəyali - red) ordu sıralarından uzaqlaşdırılaraq Kemp Bukka həbsxanasına yerləşdirilib. Azadlığa çıxandan sonra “İŞİD” terror qruplaşmasına qatılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *