İlham Əliyev Qabon və İndoneziya prezidentlərini təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev Qabon və İndoneziya prezidentlərini təbrik etdi

İlham Əliyev Qabon və İndoneziya prezidentlərini təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Qabon prezidenti Ali Bonqo Ondimbanı Müstəqillik günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

Dövlət başçısı İlham Əliyev şənbə günü, avqustun 15-də, həmçinin İndoneziya prezidenti Coko Vidodoya təbrik məktub ünvanlayıb.

“İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına sülh və rifah diləyirəm”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *