Dəmirəlin dəfn mərasimində Azərbaycanı Oqtay Əsədov təmsil edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial, Hadisə

Dəmirəlin dəfn mərasimində Azərbaycanı Oqtay Əsədov təmsil edəcək

Dəmirəlin dəfn mərasimində Azərbaycanı Oqtay Əsədov təmsil edəcək

Spikerin Ankarada görüşləri gözlənilir.

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya səfər edəcək.

Oxu.Az Milli Məclisin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Səfər iyunun 19-da başa çatacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *