İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi


Prezident İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq arzulayıram".

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səudu da təbrik edib.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *