Kəmaləddin Heydərovdan yeni xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Kəmaləddin Heydərovdan yeni xəbər

Kəmaləddin Heydərovdan yeni xəbər


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov UNICEF-in nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kəmaləddin Heydərov UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.

Səmimi qəbula görə xanım Mari-Pyer Puarye təşəkkürünü bildirib. Qonaq UNICEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *