İlham Əliyev gənclər siyasəti ilə bağlı fərman imzaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

İlham Əliyev gənclər siyasəti ilə bağlı fərman imzaladı

İlham Əliyev gənclər siyasəti ilə bağlı fərman imzaladı


Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Virtualaz.org bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və Fondun özünə həvalə olunub.

Sənədə əsasən, qurumun dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılan nizamnamə fondunun məbləği 115 min manat təşkil edir.

Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Fərmanda qeyd olunub ki, Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı yeni qurumun balansına veriləcək.

Fondun Nizamnaməsində qurumun fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *