Nazirlik əlilliyi olanlara müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Nazirlik əlilliyi olanlara müraciət etdi

Nazirlik əlilliyi olanlara müraciət etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olanlara müraciət edib. Müraciətdə deyilir ki, əlilliyi olanların məlumatsızlığından istifadə edərək əlillik müddətinin uzadılması üçün sənəd istənilməsi əsassızdır.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən, 1 yanvar, 2016-cı il tarixinədək əlilliyi müəyyən edilmiş və həmin vaxtadək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılıb.

Əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən müddətsiz olaraq müəyyən edilib. Sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və 1 yanvar 2016-cı il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən (18 yaşından yuxarı olmamaqla) üç il müddətinə uzadılıb.

2016-cı ilin 01 yanvarından etibarən 18 yaşına çatmamış şəxslərin Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, birinci dərəcə əlillik isə müddətsiz müəyyən edilir.

Bu islahat tədbiri ilə əlaqədar nazirlik tərəfindən müvafiq məlumatlandırma işlərinin aparılmasına baxmayaraq, bir sıra hallarda əlilliyi olan şəxslərin məlumatsızlıq səbəbindən yenə də əvvəlki illərdə olduğu kimi, əlilliklərinin hər il təkrar müayinəsinin aparılmasından ötrü səhiyyə müəsissələrinə müraciət edərək göndəriş (forma 88) almaq istəmələri barədə nazirliyə məlumatlar daxil olur. “Ona görə də bir daha əlilliyi olan şəxslərin diqqətinə çatdırırıq ki, həmin vətəndaşların hər il təkrar müayinə üçün göndəriş (forma 88) alınması məqsədilə müraciət etmələrinə heç bir lüzum yoxdur. Əlilliyin hər il təkrar müayinəsi aparılmır və qanunvericilikdə nəzərə tutulmuş əlillik müddəti başa çatana qədər təkrar əlillik müayinəsi üçün onlara hər hansı müraciət edilməsi də əsassızdır”,-E.Babayev deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *