Mətbuat Şurasının sədri Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial, Media

Mətbuat Şurasının sədri Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirdi

Mətbuat Şurasının sədri Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirdi

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Lider” TV-nin müxbiri Anar Həsənovun işdən çıxarılmasından yazıb.
“Qafqazinfo”-nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə yazan millət vəkili bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin – “Lider” TV-nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual, ola bilsin ki, uğurlu deyildi:

“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin “aprel müharibə”sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı.

Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi.

İkincisi, jurnalistin işdən çıxarılması “Lider” TV rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı.

Üçüncüsü, bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim “Lider” TV rəhbərliyinin səlahiyyətində olan məsələdir”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *