Azərbaycanın mobil operatorları “audio kitabxana”ya qoşulur » AzNews.info -Xəbər portalı

Azərbaycanın mobil operatorları “audio kitabxana”ya qoşulur

Azərbaycanın mobil operatorları “audio kitabxana”ya qoşulur


Azərbaycanın mobil rabitə operatorları “audio kitabxana” layihəsinə qoşulacaqlar.

Aznews.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Mənbə deyib ki, müraciət bütün operatorlara göndərilib və baxılma mərhələsindədir.

Hazırda 100-dən çox kitab səsləndirilərək “audio kitabxana”da yerləşdirilib. “1541” qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *