İlham Əliyev aviasiya təhlükəsizliyi ilə bağlı fərman imzaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

İlham Əliyev aviasiya təhlükəsizliyi ilə bağlı fərman imzaladı

İlham Əliyev aviasiya təhlükəsizliyi ilə bağlı fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı yaradılacaq.

Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının sədri baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini olacaq. Komissiya üzvləri isə daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat naziri, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *