Prezidentdən təbrik » AzNews.info -Xəbər portalı

Prezidentdən təbrik

Prezidentdən təbrik


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə təbrik edib.

ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısı qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dostluq və qardaşlıq mühitində yaşayıblar. Təsadüfi deyil ki, Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir:

"Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quruculuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan böyük quruculuq işlərində yaxından və fəal iştirak edirlər.

Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!"

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *