Bağla

AzNews.info



Bölmə: Media

Azərbaycan telekanalının adı dəyişdirildi

Azərbaycan telekanalının adı dəyişdirildi


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

AzNews.info xəbər verir ki, MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilib.

Həmçinin “TV Texservis” kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda, iclasda Qubada fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və “Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *